Demokratiyanın beşiyi Amerikada kütləvi həbs
25 Sentyabr 2011 Bazar 14:31
Sosial aksiya iştirakçılarından 80 nəfəri asayişi pozduqlarına görə saxlanılıb.
Birləşmiş Ştatların Nyu-York şəhərində keçirilən etiraz aksiyası kütləvi həbslərlə nəticələnib. Sosial sahəyə büdcədən ayrılan xərclərin azaldılmasına qarşı təşkil olunan etiraz aksiyasında polis 80 nəfəri həbs edib. Onların əksəriyyəti nəqliyyatın hərəkətinə maneə törətdiklərinə görə saxlanılıb.

Kütləvi aksiya ABŞ-ı maliyyə mərkəzi olan "Wall Street" yaxınlığında və aşağı Manhetten küçələrində keçirilib. Aksiya iştirakçıları zəngin amerikalılar üçün vergilərin artırılması tələbi ilə çıxış ediblər.

"Wall Street`i borc al" adı altında keçirilən nümayişlər artıq ikinci həftədir ki, təşkil edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar