Dəməşqdə qanlı döyüşlər gedir
26 Fevral 2013 Çərşənbə Axşamı 15:32
Azad Suriya Ordusu hökümət qüvvələrinə məxsus daha bir helikopteri ələ keçirib.
Suriya paytaxtı yenidən qanlı döyüşlərə səhnə olub. Dəməşqin hava limanı ətrafında gedən döyüşlərdə 30 əsgər və 16 qiyamçı həlak olub. “Azad Suriya Ordusu"nun döyüşçüləri hökumət qüvvələrinə məxsus daha bir heliokopteri ələ keçiriblər.

Yerli dövlət televiziyasının məlumatına görə, ötən gecə üsyançılar paytaxtın mühüm məntəqələrindən sayılan "Abbasilər meydanı"na güclü hücuma keçiblər. Bir neçə saat davam edən şiddətli döyüşlərdən sonra hökumət qoşunları üsyançıları geri çəkilməyə vadar edib. Silahlılar Kabun, Cobar və Bars rayonları istiqamətindən eyni zamanda hücuma keçərək, paytaxtın mərkəzinə doğru irəliləməyə çalışıblar.

“Azad Suriya Ordusu" Türkiyə sərhədindən 40 km aralıda hökumət qüvvələrinin 1 vertolyotunu da sıradan çıxarıb. Bu arada Rusiyada səfərdə olan Suriyanın xarici işlər naziri Vəlid Əl-Müəllim isə sülh danışıqlarına hazır olduqlarını bidirib: “Suriyada islahatlar qanla gerçəkləşə bilməz. Biz hər kəslə - əlində silah şəxslərlə belə görüşməyə hazırıq. İslahatlar yalnız dialoq yolu ilə mümkündür”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar