Dəməşqdə minalanmış avtomobil partladı
27 May 2013 Bazar Ertəsi 03:19
Terror aktı nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
Mayın 26-da Suriyanın paytaxtı Dəməşqdə minalanmış avtomobil partlayıb. Nəticədə altı nəfər dinc sakin həlak olub, 10 nəfər isə yaralanıb. Bu barədə ANS PRESS Sinxua agentliyinə istinadən məlumat verir. Hazırda partlayışa görə heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. Lakin terror aktının arxasında “Əl-qaidə” ilə əlaqəli “Əl-Nusra Cəbhəsi” (al-Nusra Front) qruplaşmasının durduğu ehtimal olunur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar