Dəməşqdə bombalı hücum: 10 ölü, 66 yaralı
25 İyul 2013 Cümə Axşamı 22:21
Partlayış zamanı ətrafdakı yüksəkmərtəbəli binalarda yanğın baş verib.
Suriyanın paytaxtı Dəməşqdə yük avtomobilinə quraşdırılan bombanın partlaması nəticəsində 10 nəfər ölüb, 66 nəfər yaralanıb. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışdan sonra hadisə yerinə çoxlu sayda xilasetmə və təcili yardım briqadaları cəlb olunub.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Partlayış zamanı ətrafdakı yüksəkmərtəbəli binalarda yanğın baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar