Dəməşq yaxınlığında yanacaqdoldurma məntəqəsi bombalandı: 30 ölü
02 Yanvar 2013 Çərşənbə 18:31
Hüquq müdafiəçisi: “Cəsədlər yanmış və ya parçalanmış şəkildə idilər”
Suriyalı hüquq müdafiəçiləri bu gün Dəməşq yaxınlığında yanacaqdoldurma məntəqəsinin atəşə tutulması nəticəsində 30 nəfərin öldüyünü bildiriblər. ANS PRESS RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı Reuters agentliyi yayıb.
“Mən 30 cəsəd saydım. Onlar yanmış və ya parçalanmış şəkildə idilər”, - agentlik Əbu Səid adlı hüquq müdafiəçisindən sitat gətirir. Digər fəal isə agentliyiə məlumat verib ki, Müleyha yaşayış məntəqəsindəki yanacaqdoldurma məntəqəsi hökumət qüvvələrinin aviasiyası tərəfindən atəşə tutulub. Suriya hökuməti hələlik məlumata münasibət bildirməyib.
Suriyanın “Local Coordination Committees of Syria” (LCC) hüquq müdafiəsi təşkilatının məlumatfına görə, 2013-cü ilin ilk günündə ölkənin 98 yaşayış məntəqəsində döyüşlər və bombardmanlar qeydə alınıb. Yeni ilin ilk iki günü ərzində Suriyada 130-dan çox adam ölüb.
Xatırladaq ki, Suriyadakı münaqişə 2011-ci ilin martında başlayıb. Müxtəlif məlumatlara görə, ölkədə 20-30 min adam zorakılığın qurbanı olub.
DOSTLARINLA PAYLAŞ: