Dəm qazı 3 azyaşlının canını aldı
07 Fevral 2014 Cümə 15:23
Bursa şəhərin baş verən hadisə zamanı bir ailənin 5 üzvü həlak olub.
Türkiyədə dəm qazından zəhərlənmə nəticəsində bir ailənin beş üzvü həlak olub. ANS PRESS-in məlumatına görə hadisə Bursa şəhərinin Mərkəz Osmanqazi adlanan bölgəsində baş verib.
Belə ki, eyni otaqda yatan ata, ana və 3 azyaşlı uşaq dəm qazının sızması nəticəsində zəhərlənmədən dünylarını dəyişiblər.
Bədbəxt hadisə zamanı həyatları itirən ata Çetin Metenin 47, ana Fadimə Mədəncinin 46, uşaqlar Gülben Şəkərin 14, İpəksu Şəkərin 7, Metexan Metenin isə 4 yaşında olduğu bildirilir.
Ölənlərin cəsədləri Məhkəmə Tibbi Ekspetizasının morquna göndərilib.
DOSTLARINLA PAYLAŞ: