Seçkidən əvvəl qrupa yeni yazılanlar da olub və onların üzvlüyü alınlarına vurulan möhürlə rəsmiləşib.
Türkiyənin Çanaqqala vilayətində qeyri-rəsmi dəlilər dərnəyi “Dünya dəlilər günü” tədbirləri çərçivəsində özlərinə yeni prezident seçiblər. “İhlas” agentliyinin (İHA) yaydığı məlumata görə, müxtəlif peşədən olan və özlərini dəlilər adlandıran 50 nəfərlik qrup Lapseki rayonundakı Dumanlı dağda piknik edib və seçkini də burda keçiriblər.
Qeyd edək ki, seçkidən əvvəl qrupa yeni yazılanlar da olub və onların üzvlüyü alınlarına vurulan möhürlə rəsmiləşib.
Məlumata görə, 3 namizədin mübarizə apardığı seçkidə səs vermək üçün alça, gilas və ərik meyvələrindən istifadə olunub.
Səsvermə nəticəsində hazırki prezident Metin Kaya ən çox səsi yığaraq yenidən bu vəzifəyə layiq görülüb. Onu dəstəkləyənlərə təşəkkürünü bildirən Kaya özünü ən böyük dəli elan edib.