Dehşetli terror aktının qarşısını alındı
27 Sentyabr 2013 Cümə 00:11
Misirde terroçular partlayıcı madde quraşdırılmış avtomobili partlatmağa cehd edibler.
Bu gün Misirin Sinay yarımadasında böyük terror aktının qarşısını alınıb. Misirin təhlükəsizlik xidmətlərinin əməkdaşlarının müdaxiləsi nəticəsində partlayıcı maddə quraşdırılmış avtomobil zərərsizləşdirilib.
ANS PRESS-in Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, terrorçular Qırmızı dəniz sahilində yerləşən kurort şəhərlərindən birində partlayıcı maddə quraşdırılmış avtomobili əhalinin sıx yerinə gətirərək partlatmaq istəyiblər.
Terrorçular avtomobili şəhərin girişi yaxınlığına qoyduqdan sonra avtomat silahlarla atəş açaraq partlatmağa cəhd ediblər. Ancaq polisin müdaxiləsindən sonra naməlum istiqamətdə qaçaraq gizlənə biliblər. Polis onların həbs olunması xüsusi əməliyyata başlayıb.
DOSTLARINLA PAYLAŞ: