“Defoltdan yayınmağa imkan verən kompromis əldə olunub”
01 Avqust 2011 Bazar Ertəsi 10:34
“Defoltdan yayınmağa imkan verən kompromis əldə olunub”
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama ölkənin iqtisadi problemləri ilə bağlı danışıqlarda razılıq əldə olunduğunu və artıq ölkənin defoltdan yayına biləcəyini bəyan edib.
“APA-Economics”in xəbərinə görə, prezident bildirib ki, Konqresdə Demokrat və Respublikaçılar partiyalarının liderlərinin iştirak etdiyi danışıqlarda hər iki tərəf kompromisə gedib.
Sənəd hələ imzalanmasa da, B.Obama Konqresin təklif olunan variantla razılaşacağına inanır. O, növbəti 8-12 ayda da defoltun olmayacağına zəmanət verir. Prezident etiraf edib ki, bu, onun bəyəndiyi variant deyil, amma istənilən halda ciddi irəliləyişdir.
Razılaşmaya əsasən, federal büdcənin xərcləri yaxın 10 il ərzində təxminən 1 trln. dollar ixtisar olunacaq. Bundan başqa, iki partiyanın nümayəndələrinin iştirakı ilə yaradılacaq xüsusi komitə noyabr ayında bu məsələ ilə bağlı təkliflərini təqdim etməlidir.
DOSTLARINLA PAYLAŞ: