Dəfinə ovçusu 450 illik qəpik tapıb
08 Sentyabr 2014 Bazar Ertəsi 08:17
Britaniyada həvəskar dəfinə ovçusu tarladan olduqca nadir qədim qəpik tapıb.
Britaniyada həvəskar “dəfinə ovçusu” Nottinqemşirdəki (Nottinghamshire) tarladan olduqca nadir qədim qəpik tapıb.

ANS PRESS-in xəbərinə görə, Con Stonerin ferma ərazisindən tapdığı 3 pennilik qəpik 1652-ci ildə buraxılıb.

Həmin qəpiyin yaxın zamanda 1.6 milyon dollara hərraca çıxarılacağı gözlənilir.

Britaniya qanunlarına görə tək tapılan əntiq qəpik, dəfinə kateqoriyasına aid edilmir ona görə də satışdan əldə olunan gəlir, onu tapan şəxsə çatacaq.

Stouner hərracda satışdan əldə olunacaq vəsaitin yarısını qəpiyin tapıldığı tarlanın yiyəsinə vermək niyyətindədir.








DOSTLARINLA PAYLAŞ:

oyunlar