Ded Xasanın qətlinin mümkün sifarişçilərindən biri tutuldu
02 Fevral 2013 Şənbə 01:30
Camal Mikeladze (Mikaelyan) sui-qəsdin təşkilati işlərini həll edib.
Moskvada “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlinin mümkün sifarişçilərindən sayılan “Cemo” ləqəbli Camal Mikeladze (Mikaelyan) həbs edilib. Musavat.com-un Lifenews-a istinadən verdiyi məlumata görə, o, qanunsuz narkotik və silaş saxlamaqda ittiham olunur.
Polisin məlumatına görə, Camal Mikeladzenin üzərində 5 qram toz halında narkotik, iki qumbara və saxta olduğu güman edilən pasport aşkarlanıb.
“Özümü pis hiss edirəm. Heç nə xatırlamıram. Bəli, “qanunda oğru”yam. Amma ləqəbim yoxdur. Heç vaxt da olmayıb”, - Camal istintaq zamanı bildirib.
Kriminal dairələrdə gəzən şayiələrə görə, Ded Xasan və “Yaponçik”in qətlini rəqib klanın nümayəndələri - Merab Cenqveladze (Merab), Cemo Mikeladze (Cemo) və Rövşən Canıyev (Rövşən Lənkəranski) sifariş ediblər. Hətta, cinayətin detalları da müzakirə edilir: Merab sifarişi maliyyələşdirib, Cemo təşkil edib, Rövşən isə Azərbaycanda killerlər çağırıb. Əməliyyatçılar killerləri Ded Xasanın qətlindən cəmi bir neçə həbs etməyə hazırlaşırlarmış. Lakin qeyri-müəyyən səbəblərdən qrup yarıyoldan qaytarılıb.
Nə qədər qəribə olsa da, qətldən iki gün əvvəl Aslan Usoyanın ofisinə Federal Təhlükəsizlik Bürosunun əməkdaşları gəliblər və ona hazırlanan sui-qəsdlə bağlı məlumat veriblər. Lakin Ded Xasan “Əgər sifariş varsa, deməli, öldürəcəklər” deyib və kəşfiyyatçılara informasiyaya görə pul verməyib.
DOSTLARINLA PAYLAŞ: