Ded Xasan azad edildi
28 Aprel 2010 Çərşənbə 10:30
Ded Xasana qarşı heç bir iddia irəli sürülməyib.
Rusiya hüquq-mühafizə orqanları kriminal aləmdə “Ded Xasan” kimi tanınan 73 yaşlı “qanuni oğru” Aslan Usoyana qarşı heç bir iddia irəli sürməyiblər. Bu barədə Rusiyanın “RİA Novosti” agentliyi məlumat yayıb.
Məlumata görə, o, dünən azad edilib.
Qeyd edək ki, 1937-ci il təvəllüdlü Aslan Usoyan bazar ertəsi saat 23:00 radələrində Borispol hava limanında həbs edilib. Ukrayna hüquq-mühafizə orqanları Usoyanın ölkə ərazisinə saxta sənədlərlə gəldiyini ehtimal edirdilər. O, Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu.
Onun Ukraynaya erməni cinayətkar qruplaşmaları arasındakı mübahisəni həll etmək üçün gəldiyi bildirilirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: