DB Ermənistana 24 milyon dollar verəcək
01 Dekabr 2010 Çərşənbə 17:20
Kredit 25 il müddətinə təqdim olunacaq
Dünya Bankı Ermənistana 24 milyon dollar həcmində kredit təqdim edəcək. ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu vəsait “Elektron cəmiyyəti və rəqabət qabiliyyəti naminə innovasiya” adlı proqram çərçivəsində Ermənistana veriləcək.
"Bu proqram Ermənistan hökumətinə cəmiyyət və müəssisələrin məhdudlaşdırılmış novatorluq probleminin aradan qalxmasına imkan yaradacaq”, - deyə DB-nin İrəvan ofisindən verilən məlumatda bildirilir.
Qeyd edək ki, proqramın ümumi maliyyə dəyəri 30 milyon dollardır. Bunun 6 milyonu Ermənistan hökumətinin payına düşür. Ermənistan ona təqdim edilmiş 24 milyon dollar kreditini 25 il müddətinə ödəyəcək.
DOSTLARINLA PAYLAŞ: