Daxili orqan satışı ilə məşğul olan şəbəkə ifşa olundu
27 Sentyabr 2013 Cümə 07:37
Türkiyə polisi 17 vilayətdə böyük bir şəbəkənin törətdiyi çoxsaylı cinayətin üstünü açdı.
Eyni vaxtda həyata keçirilən istintaq əməliyyatı zamanı 17 ildir işsiz vətəndaşların daxili orqanlarını orqan transplantasiyası gözləyən varlılara 100 min lirəyə satan böyük bir şəbəkənin üzvləri həbs olunub. Bu şəbəkə internetdə elan verərək, daxili orqanların ticarətini həyata keçirirdi.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şəbəkə üzvləri arasında 21 il əvvəl medianın gündəmini zəbt edən "çarəsiz vəziyyətdə qalmış türk xəstəyə yoxsul hindli böyrəyi" köçürdən N.C adlı şəxs də var. Şəbəkənin rəhbərinin isə nazirliklərin birində yüksək vəzifədə işləyən bir məmur olduğu bildirilir.
Böyrəyini 30 min lirəyə satan B.C. adlı şəxs pulunu ala bilməyincə polisə müraciət edir. Cinayət işi açaraq bir il araşdırmalara başlayan qaçaqmalçılıqla mübarizə polisi dünən Ankara, İzmir, İstanbul, Adana və Eskişehir də daxil olmaqla 17 vilayətdə 88 ünvanda əməliyyat həyata keçirdi. İş yeri, ev və xüsusi xəstəxanalarda həyata keçirilən əməliyyatda T.D adlı şəxslə birlikdə Türkiyədə orqan transplantasiyasında tanınmış məşhur professorlar S.Ş , N.D, o cümlədən aralarında əczaçı, laborant, xəstəbaxıcısı, diaqnoz mərkəzi sahibi və konsulluqlarda işləyənlər də daxil olmaqla 16 nəfər həbs olunub.
Şəbəkə rəhbərinin evində həbs olunan agentdə orqan transplantasiyası gözləyən çox sayda iş adamının adlarının olduğu siyahı da ortaya çıxıb. İddiaya görə, şəbəkə əvvəl diaqnoz mərkəzlərinə gedərək varlı adamlarla əlaqə yaradırdılar. Onlarla razılıq əldə edən şəbəkə üzvləri internetdə daxili orqanın alışı ilə bağlı elan verirdilər. Bu vasitə ilə maddi vəziyyəti pis olan şəxslərlə əlaqə quraraq, onlara böyrəyinin qarşılığında 30 min lirə verirdilər.
Bundan sora şəbəkə üzvləri orqanını satanla alan şəxsləri Misirə apararaq, əməliyyat edirdilər. Bu yolla 8-dən çox əməliyyat həyata keçirən şəbəkə, əməliyyatı həyata keçirən həkim xərçəng xəstəliyindən öldüyü üçün işi Şimali İraqa keçirməli olur. PKK ilə əlaqəsi olan 2 nəfərlə davam edən şəbəkə daha üç cərahiyyə əməliyyatı həyata keçirir. Polis tərəfindən təqib edildiyini hiss edən şəbəkə, bu dəfə Türkiyədəki özəl xəstəxanlarla razılığa gəlir. Xüsusi Komissiyadan saxta sənəd şəxsiyyət vəsiqələri ilə icazə alan cinayətkarlar razılaşdıqları xəstəxanalarda bir neçə böyrək əməliyyatı həyata keçiriblər.
DOSTLARINLA PAYLAŞ: