Daxili işlər nazirinin birinci müavini həbs edildi
13 May 2013 Bazar Ertəsi 03:05
Xvedelidzenin həbsinə səbəb jurnalist Georgi Paresaşvilinin şəxsi həyatının əks olunduğu videomaterialı yayması olub.
Gürcüstan daxili işlər nazirinin birinci müavini Gela Xvedelidze həbs edilib. ANS PRESS-in Qruzia Online-a istinadən verdiyi məlumata görə, G. Xvedelidzenin həbsinə səbəb jurnalist Georgi Paresaşvilinin şəxsi həyatının əks olunduğu videomaterialı yayması olub.
Daxili işlər naziri İrakli Qaribaşvili mətbuat konfransında bildirib ki, video əvvəlki hökumətin vaxtında onlara işləməyə məcbur etmək üçün Paresaşvilini şantaj etmək məqsədilə Konstitusiya təhlükəsizliyi departamenti tərəfindən çəkilib, lakin istifadə olunmayıb.
Nazir belə videomateriallarla bağlı arxivin tez bir zamanda məhv ediləcəyini də vəd edib.
DOSTLARINLA PAYLAŞ: