Daxili işlər nazirindən Qəddafiyə gözlənilməz zərbə
23 Fevral 2011 Çərşənbə 01:36
Tutduğu vəzifədən istefasını elan edən Daxili işlər naziri müxalifətçi olduğunu açıqlayıb.
Liviyanın daxili işlər naziri Abdulfəttah Yunis Müəmmər Qəddafinin liderliyini qəbul etmədiyini və müxalifət düşərgəsinə keçdiyini bildirib. “Əl Cəzirə” telekanalının yaydığı məlumata görə, nazir Yunis özünün “17 fevral inqlabçısı” olduğunu bəyan edib. Orduya da müraciət edən Abdulfəttah Yunis silahlı qüvvələri xalq üsyanına dəstək verməyə səsləyib. “Ordu fəaliyyətlərinə xalqın leqal tələblərinin yerinə yetirilməsi istiqamətində davam etməlidir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: