Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu, Əfqanıstanın paytaxtı Kabildəki rəsmi təmasları çərçivəsində Əfqanıstan prezidenti Həmid Kərzai tərəfindən qəbul edilib. CNN Türk-ün məlumatına görə, prezident sarayında baş tutan görüşdə çəkiliş aparmağa icazə verilsə də, görüşlə bağlı şərh verilməyib. /ANS PRESS/