Davudoğlu: “Ortada xəta yox, bir cinayət var”
14 İyul 2010 Çərşənbə 10:00
Rəsmi Ankara İsrailin hücumla bağlı araşdırmasının nəticələrinə münasibət bildirib.
"Qəzza zolağına yardım aparan gəmiyə hücum bir xəta yox, cinayət idi". Bunu İsrailin "Mavi Mərmərə" gəmisinə hücumla bağlı araşdırmasının nəticələrinə münasibət bildirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Onun sözlərinə görə, Türkiyə məsələnin beynəlxalq komissiya tərəfindən araşdırılmasında israrlıdır.

“Biz beynəlxalq komissiya ilə bağlı istəyimizdə inadkarlığımızı davam etdiririk. Madam ki, günahkar olduqlarını qəbul edirlər. Buna görə cavab da verməlidirlər. Çünki ortada xəta yox, bir cinayət var. Beynəlxalq sularda heç bir ölkənin haqqı olmadığı halda yardım karvanına hücum olub, 8 türk, biri Amerika vətəndaşı olmaqla 9 nəfər qətlə yetirilib. Bu bir xəta deyil, bir cinayətdir. Bu cinayətin törədilməsində bir xəta varsa, bu xətanı edən tərəf lazım olan tədbiri görməlidir. Bunun da nə olduğunu onlar yaxşı bilirlər”, - deyə o bildirib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar