Davudoğlu ABŞ-a gedir
02 Mart 2010 Çərşənbə Axşamı 17:50
Türkiyə xarici işlər naziri Davudoğlu Amerika Birləşmiş Ştatların rəhbərliyi ilə görüşəcək
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-a səfər edəcək. Türkiyə xarici siyasət idarəsinin rəhbərinin Birləşmiş Ştatlara səfərinin məqsədi ABŞ rəhbərliyi ilə görüşmək, eləcə də qondarma “erməni soyqırımı”na dair Konqresdə qəbul ediləcək qətnamənin sonrakı nəticələri haqda xəbərdarlıq etməkdir. Bu barədə məlumat Türkiyənin "Zaman" qəzeti yazıb.
Qeyd edək ki, son zamanlar Türkiyə kütləvi informasiya vasitələrində amerikalıların istifadəsində olan “İncirlik” hərbi bazasının icarə haqqının artırılması və ya ümumiyyətlə bu bazanın ləvğ edilməsi haqda məlumatlar yer alıb. Analitiklərin fikricə, Türkiyə ABŞ hökumətinə təzyiq göstərmək üçün qəsdən bu məsələni şişdirir.
Xatırladaq ki, Türkiyənin məsələ ilə bağlı artıq iki nümayəndəliyi Vaşinqtondadır. ANSPRESS
.
DOSTLARINLA PAYLAŞ: