Davosda olan Medvedev Sarksiyanla danışıb
23 Yanvar 2013 Çərşənbə 11:02
Rusiya baş naziri həmkarı ilə regional məsələləri müzakirə ediblər.
Rusiya baş naziri Dimitri Medvedev və Ermənistanın hökumət başçısı Tiqran Sarkisyan Moskvada görüşəcəklər. Hazırda İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq iqtisadi forumda iştirak edən Medvedev Sarksiyanla mühüm əhəmiyyət kəsb edən ikitərəfli münasibətləri telefonla müzakirə edib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər həm də regional məsələri ətrafında da fikirlərini bölüşüblər.
Yekun olaraq Rusiya və Ermənistan hökumət başçıları daha dərin və ətraflı danışıqlar aparmaq üçün Moskvada görüşmək qərarına gəliblər.
DOSTLARINLA PAYLAŞ: