Daşqınlar 12 şəhəri boş qoydu
20 May 2014 Çərşənbə Axşamı 00:11
Məcrasından çıxan çayların yaratdığı daşqınlar və uçqunlar təhlükə törədir.
Serbiya rəhbərliyi bölgədə baş verən daşqınlar üzündən 12 şəhərin əhalisinin təcili evakuasiya edilməsi barədə qərar verib.

ANS PRESS-in məlumatına görə, bu barədə bu ölkənin polis təmsilçisi Neboyşa Stefanoviç bildirib. Sava çayının boyunca yerləşən yaşayış məntəqələrinin, o cümlədən ölkənin əsas elektrik stansiyası "Nikola Tesla" yerləşən Obrenovats şəhərinin sakinləri köçürüləcək.

Daşqınlar keçən çərşənbədən başlayan leysanlar üzündən baş verib. Hazırda yağış kəsib, məcrasından çıxan çayların yaratdığı daşqınlar və uçqunlar təhlükə törədir. Təbii fəlakət üzündən onlarla insan ölüb.

Qonşu Bosniya və Herseqovinada, Xorvatiyada daşqınlar üzündən on minlərlə insan köçürülüb, minlərlə obyekt dağılıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar