Daşnaklar rəsmi İrəvanı Minsk qrupundan imtina etməyə çağırır
19 Oktyabr 2010 Çərşənbə Axşamı 00:55
Onları həmsədrlərin “Xankəndi”, “işğal olunmuş ərazilər” və “Dağlıq Qarabağın de-fakto hakimiyyəti” ifadələri əndişəyə salıb.
“Erməni tərəfi ATƏT-in Minsk qrupu tərəfindən istifadə olunan formullarla bağlı sərt bəyanatlarla çıxış etməlidir”. Bunu “ARMENIA Today” agentliyinə müsahibəsində “Daşnaksütyun” partiyasından olan deputat Artyuşa Şahbazyan deyib. Onun sözlərinə görə, Minsk qrupu həmsədrlərinin “işğal olunmuş ərazilər” və “Xankəndi” kimi ifadələrdən istifadə etməsi cavabsız qalmalıdır: “Hətta, həmsədrlər dəfələrlə “Dağlıq Qarabağın de-fakto hakimiyyəti” ifadəsidən istifadə ediblər. Onlar açıq şəkildə deyirlər ki, bu ərazilər Azərbaycanın bir hissəsidir”.

Erməni deputatın fikrincə, ATƏT-in Minsk qrupunun oxşar bəyanatları davam etsə, Ermənistan qurumun vasitəçilik missiyasından imtina etməlidir: “Əgər həmsədrlər Dağlıq Qarabağ hakimiyyətini tanımırlarsa, hansı vasitəçsilikdən söhbət gedə bilər?”. Artyuşa Şahbazyan onu da deyib ki, Minsk qrupu həmsədrlərinin Ermənistan əleyhinə ifadələrdən istifadə etməsinin qarşısının alınmaması rəsmi İrəvanın günahıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar