Darvinizmin gətirdiyi bəlalar və həll yolu-Quran əxlaqı
20 Dekabr 2010 Bazar Ertəsi 02:35
Dünyadakı alimlərin əksəriyyətinin Darvinin insanın meymundan əmələ gəldiyi barədə baxışlarına şərik deyil
Dekabrın 19-da Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Darvinizmin bəşəriyyətə gətirdiyi bəlalar və həll yolu-Quran əxlaqı” mövzusunda konfrans keçirilib. Tədbirin məqsədi Çarlz Darvinin təkamül nəzəriyyəsinin qaranlıq tərəflərini görmədən, həqiqətə əhəmiyyət vermədən onu müdafiə edənlərə daşıdıqları məsuliyyəti izah etmək və bu nəzəriyyənin bəşəriyyət üçün təhlükəsini çatdırmaqdır.

Tədbirdə çıxış edən birliyin sədri Ramiq Vəliyev dünyadakı alimlərin əksəriyyətinin Ç. Darvinin insanın təkamül yolu ilə meymundan əmələ gəldiyi barədə baxışlarına şərik olmadığını qeyd edib və bu nəzəriyyənin dini inamsızlığı təbliğ etdiyini bildirib. Bundan başqa sədr Darvinizmin səbəb olduğu bəlaların, zülmün, ədalətsizliyin, müharibə və qarşıdurmaların qarşısının alınmasında “Qurani-Kərim”in böyük əxlaqi təsirinin rolunu vurğulayıb və İslam dininin insanın inancında və mənəvi-əxlaqı tərbiyəsində əhəmiyyətini qeyd edib.

Tədbirdə həmçinin təkamül nəzəriyyəsinin əsassızlığını sübut edən, canlıların təkamül keçirmədiyi və onların yaradılmasını təsdiqləyən milyonlarla il yaşı olan daşlaşmış heyvan və bitki qalıqları dəlil kimi nümayiş etdirildi. Bu qalıqlar dünyadakı canlıların Allah tərəfindən yaradıldığını və dəyişmədən qaldığını sübut edir.

Tədbirdə bu mözuyla bağlı videoçarx nümayiş olunub və məruzələr dinlənilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar