“Danışqan” casus istintaqa çağırıldı
10 İyun 2010 Cümə Axşamı 21:45
Keçmiş agent yazdığı kitabda bir çox sirləri açıqlayıb.
Fransada milli təhlükəsizliklə bağlı sirləri açıqladığına görə keçmiş xüsusi xidmət agenti saxlanılıb. Yazdığı kitabda bir çox sirlərdən hamını agah edən keçmiş agent ölkənin Müdafiə Nazirliyində idindirilir.

“İyirmi beş il xüsusi xidmətdə” kitabında müəllif milli təhlükəsizlik nöqteyi nəzərindən mühüm məsələlərə aydınlıq gətirib. O, xüsusilə də casusların informasiya mənbələrini necə tapdıqları və ölkələrinin xeyrinə istifadə etməsi ilə bağlı məsələləri işıqlandırıb.

Ötən ilin noyabr ayında təqaüdə çıxan Moris Dyufress kitabını Pyer Sirami adı ilə nəşr etdirib. Rəsmi mənbələr isə onun işi ilə bağlı araşdırma aparıldığını deməklə kifayətləniblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar