Danimarkalı deputat ölkədə halal ət satışına etiraz edir
28 Dekabr 2010 Çərşənbə Axşamı 06:20
"Biz xristianlığa görə yeni ili qeyd edərkən hind toyuğu və ya başqa ətlərin İslama uyğun dua ilə kəsilməsini istəmirik"
Danimarka parlamentində halal ət qalmaqalı baş verib. Danimarka “Xalq Partiyası”nın (DF) məruzəçisi və Ərzaq komissiyasının sədri Rene Kristensen yeni ildə hind toyuqlarının İslami əsaslara uyğun kəsilməsinə etiraz edib. Kristensen ətlərin İslama görə kəsilməsinin dayandırılmasını və halal ətin qadağan olunmasını tələb edib. “İslama uyğun kəsilndə heyvanın qanı axır, yəni işkəncəyə məruz qalır. Bundan başqa kəsilərkən dua oxunur. Biz xristianlığa görə yeni ili qeyd edərkən süfrəmizdə olan hind toyuğu və ya başqa ətlərin İslama uyğun dua ilə kəsilməsini istəmirik. Ölkəmizdə böyük ət şirkətləri əvvəl toyuğu İslama görə kəsdilər, artıq dana və qoyun da İslama görə kəsilir. Bundan sonrakı tələbləri nə olacaq bilmirik. Heyvanların İslama uyğun kəsilməsi və halal ət satışı qadağan olunsun”.
“Arhus Slagtehus” şirkətinin direktoru Sven Erik Petersen isə müsəlman ölkələrə ət ixrac etmək üçün ətin İslama uyğun olmasının vacibliyini vurğulayıb. “Biz dini fikirləşərək yox, hardan necə pul qazanacağımıza baxaraq əti İslama uyğun kəsirik. Ət ixracını da fikirləşmək məcburiyyətindəyik”.
Danimarka heyvan hüquqları müdafiəçiləri isə İslama uyğun kəsilmənin heyvanlara işkəncə kimi qəbul edilməsinin doğru olmadığını açıqlayıb.
DOSTLARINLA PAYLAŞ: