Danimarkada partlayışa cəhd edənlərin məhkəməsi olub
05 İyun 2012 Çərşənbə Axşamı 06:53
Şübhəlilər peyğəmbərin karikaturalarını çap edən qəzetin nəşriyyat idarəsinə hücumda ittiham olunur.
Danimarkada Məhəmməd (ƏS) peyğəmbərin karikaturalarını çap edən qəzetin nəşriyyat idarəsində partlayış törətmək istəyən şəxslərin məhkəməsi olub. Qlostrup şəhər məhkəməsi terrora cəhddə ittiham edilən 4 nəfərin hər birinə 12 il azadlıqdan məhrumetmə cəzası verib.
Məhkəmə zamanı müttəhimlər onlara qarşı irəli sürülən heç bir ittihamı qəbul etmədiklərini və saxlanılan zaman Danimarkaya yeni il şənliklərinə qatılmaq üçün gəldiklərini bildiriblər. Lakin məhkəmə ittihamçıların planları ilə bağlı tutarlı sübutlarla çıxış edib. Həbs edilməzdən əvvəl onların namazdan sonra girovların boğazlarını kəsməklə bağlı razılaşmalarını sübut edən səs yazıları nümayiş olunub.
Xatırladaq ki, İsveç vətəndaşları olan bu şəxslər 2010-cu ildə dekabr ayının sonlarında həbs edilibilər. Cinayətdə təqsirləndirilən şəxslərin planlarına əsasən, idarəyə girərək mümkün qədər çoxlu sayda işçiyə atəş açmaq nəzərdə tutulurmuş. Saxlanılan zaman onların üzərində 2 avtomat, 122 raket mərmisi və 20 min ABŞ dollarından çox pul tapılıb.
Qeyd edək ki, planın başçısı Munir Dəhri olub. Məlumata görə, əslən tunisli olan Dəhri plandan əvvəl Pakistanda terrorçuluq təlimləri keçib. Müttəhimlərdən digəri Əbdüləzmin isə, əvvələr Somali və Pakistanda terrorçuluq fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Xatırladaq ki, 2005-ci ildə karikatuaların yayımlanmasından sonra bir çox müsəlman ölkəsində hadisə ilə bağlı etirazlar başlamışdı.
DOSTLARINLA PAYLAŞ: