Danimarkada müsəlmanlar üçün “zülüm” layihəsi
08 Fevral 2011 Çərşənbə Axşamı 05:10
Hökumət hazırladığı yeni qanun layihəsi ilə müsəlman miqrantlara az əmək haqqı ödənilməsini təklif edəcək
Danimarkada hökumət hazırladığı yeni qanun layihəsi ilə müsəlman miqrantlara az əmək haqqı ödənilməsini təklif edəcək. Maliyyə naziri Daniy Klaus Frederiksenin hazırladığı layihəyə görə, müsəlman miqrantlar yerlilərdən daha az əmək haqqı alacaq və sosial haqlardan istifadə etmək üçün bal (points) toplamalı olacaqlar. Bundan başqa hökumət əlilliyə görə pensiyaya çıxarılan müsəlman miqrantların yenidən komissiyadam keçirilməsi və bəzilərinin yenidən iş həyatına qaytarılması üçün təzyiq göstərilməsini tələb edir.

Qeyd edək ki, yeni layihə qeyri-müsəlman miqrantlar üçün hər hansı bir dəyişiklik nəzərdə tutmur.

Danimarkada yaşayan müsəlman ictimaiyyəti tərəfindən kəskin reaksiya ilə qarşılanan lahiyəni ölkə müxalifət inteqrasiya siyasətinin çökməsi kimi qiymətləndirib.

Danimarka “Ticarət Palataları Konfederasiyası”nın sədri Harold Börstinq bunun axmaqca bir qanun layihəsi olduğunu deyib.

Xristian Demokratların sözçüsü Per Orum Yorqensen isə hökumətin daha əvvəl də gündəmə gətirdiyi bu layihənin ölkədə etnik ayrı-seçkiliyə səbəb olacağını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar