Danilo Türk Ermənistana gələcək
08 Oktyabr 2010 Cümə 20:00
Danilo Türk Ermənistana gələcək. Sloveniya prezidentinin İrəvanda "erməni soyqırımı" abidəsini ziyarət edəcəyi bildirilir.
Sloveniya prezidenti Danilo Türk Ermənistana rəsmi səfər edəcək. Bazar günü reallaşacaq səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti əsasında baş tutacaq. Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Sloveniya prezidentini İrəvana həyat yoldaşı Barbara Mikliç Türklə gələcək.
Oktyabrın 11-də başlayacaq səfər çərçivəsində Danilo Türkün qondarma "erməni soyqırımı" abidəsini ziyarət edəcəyi bildirilir.
Sloveniya və Ermənistan dövlət başçılarının bir sıra sənədlər imzalayacağı və görüşlərin yekununa dair mətbuat konfransı keçirəcəkləri bildirilir.
Sloveniya prezidentinin Ermənistana səfər proqramına bütün ermənilərin katolikosu Qareginlə görüşü də daxil edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: