Dalay-lamanın saytını hakerlər dağıtdı
13 Avqust 2013 Çərşənbə Axşamı 19:43
Ekspertlərin sözlərinə görə, Mərkəzi Tibet administrasiyasının saytı 2011-ci ildən eyni haker qrupunun hücumlarının hədəfindədir.
Mühacirətdə olan olan Tibet hökumətinin Çin dilində saytı sındırılaraq virusa yoluxdurulub. Hökumətin mənəvi rəhbəri Tibet dalay-lamasıdır.

ANS PRESS qərb mətbuatına istinadən bildirir ki, Tibet.net Hindistanın şimalındakı Dharmasal şəhərində yerləşən Mərkəzi Tibet administrasiyasının rəsmi saytıdır.

Kaspersk laboratoriyasının ekspertlərin sözlərinə görə, Mərkəzi Tibet administrasiyasının saytı 2011-ci ildən eyni haker qrupunun hücumlarının hədəfindədir. Zərərli proqramm təminatının sayltın izləyiciləri üzərində casusluq məqsədi daşıya bilər.

Dalay-lama Tibet buddistlərinin ruhani lideridir. O, Tibetdən 1959-cu ildə, Çinə qarşı üsyandan sonra qaçıb. İndiyə kimi o, Hindistanın Dharmasal şəhərində yaşayır, həmçinin dünyanın müxtəlif şəhərlərinə səfər edərək Tibetə və tibetlilərə dəstək istəyir. Çin mütəmadi olaraq dalay-lamanın fəaliyətini kəskin tənqid edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar