Dalay Lama viza ala bilmədi
05 Sentyabr 2014 Cümə 08:41
Tibetin ruhani lideri Dalay Lama ziyarət edəcəyi Cənubi Afrikadan viza ala bilmədi.
Tibetin ruhani lideri Dalay Lama, 14-cü Dünya Nobel Sülh Mükafatı Sahibləri sammitinə qatılmaq üçün səfərə gedəcəyi Cənubi Afrikadan viza ala bilməyib.

ANS PRESS-in məlumatına görə, Dalay Lamanın sözçüsü Nangsa Çoedon xəbər verib ki, Cənubi Afrika Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyindən səlahiyyətlilər onların telefonla viza tələblərinin rədd etdiklərini bildiriblər. Çoedon bundan sonra Dalay Lamanın Cənubi Afrika səfərini ləğv etdiyini bildirir.

Cənubi Afrika Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyindən verilən açıqlamada Tibetin ruhani liderinin Hindistandakı ofisindən Dalay Lamanın ziyarətini ləğv etdiyinə dair bir mesaj göndərildiyi qeyd edilir. Mesajın Hindistandakı Cənubi Afrika Yüksək Komissiyasının Dalay Lamanın viza müraciətini araşdırdığı sırada göndərildiyinə diqqət çəkilən şərhdə "Səfərin ləğv edilməsindən sonra Nazirliyimiz, mövzunun bağlandığını düşünməkdədir" deyə bildirilir.

Qeyd edək ki, Dalay Lama Cənubi Afrikada gələcək ay keçiriləcək 14-cü Dünya Nobel Sülh Mükafatı Sahibləri sammitinə qatılmağı planlaşdırırdı. Lakin, Cənubi Afrika əvvəlki illərdə də Dalay Lamanın viza üçün müraciətlərinə rədd cavabı verib.

Xatırladaq ki, Tibetə daha geniş muxtariyyət tanınması üçün mübarizə aparan və 1959-ci ildən bu günə kimi sürgündə yaşayan Dalay Lama, Çin tərəfindən separatçıların başçısı, təxribatçı olaraq qəbul edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar