Dalay Lama siyasi rəhbərlikdən gedir
24 Noyabr 2010 Çərşənbə 03:30
Sürgündə olan Tibet icması son qərar üçün gələn il iclas keçirəcək
Tibetin sürgündə olan ruhani lideri Dalay Lama bir-neçə aya qədər siyasi liderliyi tərk edəcəyini bildirib. Bu barədə “CNN” telekanalındakı çıxışında məlumat verən buddist lider son qərarını hərəkatın sürgündə olan liderləri və siyasi icması ilə keçirəcəyi iclasdan sonra verəcəyini deyib. Altı aya qədər ayrılacağını deyən Dalay Lama 2001-ci ildən bəri sürgündə olan Tibet hərəkatında ən əhəmiyyətli qərarların siyasi liderlər tərəfindən verilməsinə imkan yaradan bir mexanizma yaratdığını bildirib. Qeyd edək ki, sürgündə olan icmanın iclası gələn ilin mart ayında keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: