Daimi müştəri oğru çıxdı
13 May 2014 Çərşənbə Axşamı 05:46
Fırıldaqçı qadının bir neçə saat keçməsinə baxmayaraq, qayıtmadığını görən satıcı polisə məlumat verib.
Türkiyənin Qaziosmanpaşa şəhərində zinət əşyaları mağazalarından birini sahibi daimi müştərisi tərəfindən soyğuna məruz qalıb.
ANS PRESS-in məlumatına görə, Qaziosmanpaşadakı qızıl dükanlarından birinin sahibi müştəri fırıladağı ilə üzləşib. Belə ki, bir il ərzində mütəmadi olaraq həmin mağazadan alış-veriş edən qadın mağaza sahibinin inamını qazanıb. Səməd Selik adlı mağaza sahibinin müştəriyə olan inamı ona baha başa gəlib. Son alış-verişində isə qadın 35 min lirə dəyərində 400 qramlıq qızıl oğurlayıb.
Vitrindən qızıl qolbağıları götürüb baxdığı zaman çantasında olan saxta qolbağılarla dəyişib. Daha sonra həmin saxta qolbağıları qoyduğu ayırd etmək üçün qutunu iplə bağlayıb və mağaza sahibinə, "bunu bir kənara qoyun, gəlib alacağam" deyib.
Qadın mağazadan çıxdıqdan sonra yenidən unutduğu çantasını götürməyə gəlir. Satıcı qızılı alırsınızmı dedikdə isə, "Xeyr, ərimə zəng etdim. Qutunu açmayın, gəlib alacağam", deyə cavab verib.
Fırıldaqçı qadının bir neçə saat keçməsinə baxmayaraq, qayıtmadığını görən satıcı polisə məlumat verib.
Cinayətkarın tutulması üçün əməliyyat tədbirləri aparılır.
DOSTLARINLA PAYLAŞ: