Daha bir qeyri-adi evlənmək təklifi
19 Dekabr 2012 Çərşənbə 05:40
Evlənmək istəyən şəxs evlənmək təklifi üçün quracağı cümlələrin hərflərini tək-tək şəhərin müxtəlif yerlərindən asıb.
Türkiyənin Zonquldaq vilayətində şəxsiyyəti naməlum bir gənc qeyri-adi üsulla sevdiyi qıza evlənmək təklif edib. Məlumata görə evlənmək istəyən şəxs evlənmək təklifi üçün quracağı cümlələrin hərflərini tək-tək şəhərin müxtəlif yerlərindən asıb. Hərfləri tarixi Zonquldaq mayakına, kömür meydanına, məşhur Göygöl mağarasına, Ereğli rayonuna, Kozlu rayonu sahil yoluna, İstanbul parkına, Üzülməz çayına, Zonquldaq limanına və şəhərin girişindəki lövhəyə asan gənc bunu videoya çəkib. Çəkilişin sonunda əlində zərflə ekranda görünən gənc, “Yaşadğım şəhərə sənin üçün hərflər asdım. İndi sənin üçün bu hərfləri birləşdirirəm. sənə verdiyim bu zərfi videoya baxdıqdan sonra açmağını istəyirəm” – deyib.
Belə bir evlənmək təklifi sosial şəbəkə saytlarında böyük maraqla qarşılanıb.
Xatırladaq ki, daha əvvəl Türkiyədə dənizin dibində, təyyarədə, hərbi andiçmə mərasimində, yamac paraşütündə və s. bu kimi qeyri-adi yerlərdə həyata keçirilən evlənmək təklifi xəbərlərə mövzu olmuşdu.
DOSTLARINLA PAYLAŞ: