Daha bir “qanuni oğru”, Valeri Farizovdur həbs olunub
29 Yanvar 2010 Cümə 17:55
Bu qanuni oğru gürcü mənşəli Valeri Farizovdur
Rusiyanın mərkəzində Moskva Cinayət Axtarış İdarəsinin əməliyyatçıları “qanuni oğru” Valeri Farizovu yaxalayıblar. Yerli hüquq - mühafizə orqanlarından verilən məlumata görə, 1968-ci il təvəllüdlü Farizov çərşənbə günü təqribən 21:00 radələrində Maşa Porıvayeva küçəsində yerləşən 38 saylı evdə ələ keçib.
Saxlanılan zaman onun üzərindən 13,6 qram həşiş götürülüb.
Sözügedən “qanuni oğru” Gürcüstan mənşəlidir. "Bir müddət öncə Farizov nüfuzlu avtoritetlərdən biri olub, lakin Ded Hasanla aralarında yaranan mübahisədən sonra nüfuzunun yarısını itirib", - deyə hüquq - mühafizə orqanlarından bildiriblər.
Hazırda ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (Narkotik maddələrin qanunsuz əldə olunması və saxlanılması) üzrə cinayət işi qaldırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: