Daha bir ölkə Fələstinin müstəqilliyini tanıdı
02 Fevral 2011 Çərşənbə 11:10
Bu dəfə analoji addımla Surinam çıxış edib
Dünən 1967-ci il sərhədləri çərçivəsində Fələstinin müstəqilliyini tanıyan Cənubi Amerika ölkələri siyahısına Surinam da əlavə olunub. ANS PRESS-in "MİGnews"a istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad əl-Malikiyə istinadən yerli “Maae” informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Surinam prezidenti Dezi Bauterse Fələstin prezidenti Mahmud Abbas və BMT Baş Assambleyasına məktub ünvanlayıb. Məktubda Surinamın Fələstinin milli hüquqlarını və 1967-ci ildə yaradılan bir dövlət kimi müstəqilliyini tanıdığı ifadə olunur.
DOSTLARINLA PAYLAŞ: