Daha bir neft fəlakətinin fəsadları
21 İyul 2010 Çərşənbə 18:50
Çində baş verən partlayışdan sonra xam neft okean sularına sızır.
Meksika Körfəzində baş verən texnogen qəzadan sonra dünya daha bir fəlakətlə qarşı-qarşıyadır. Çinin Dalian şəhəri limanında beş gün öncə neft kəmərində baş verən partlayışdan sonra okeanda 430 kvadrat kilometr məsafə tamamilə neft ləkəsi ilə örtülüb.

Boru kəmərində baş vermiş partlayışdan sonra sızan neftin təmizlənməsinə yüzlərlə xilasedici və qayıqlar cəlb olunub. Xam neftin təmizlənməsi zamanı 25 yaşlı bir xilasedici suya yıxılaraq dünyasını dəyişib, bir nəfər xilasedici isə çətinliklə olsa da yoldaşları tərəfindən xilas edilib.

Ölkənin bir çox turist məkanlarının çimərlikləri isə tamamilə boşaldılıb. Dövlət rəsmiləri bölgədəki okean canlıları üçün də ciddi təhlükə yarandığını bildiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar