Daha 404 əyləncə klubu bağlanıb
21 Dekabr 2009 Bazar Ertəsi 21:35
Rusiyada 15 min obyektdə yoxlama aparılıb. Daha 404 əyləncə klubu bağlanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi orqanlarının materiallarına əsasən, ölkə məhkəmələri daha 404 əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Bu barədə Rusiya Federasiyasının yanğına nəzarət üzrə baş dövlət inspektoru Gennadi Kirillov məlumat verib. Onun sözlərinə görə, ümumilikdə 15 min belə obyektdə yoxlama aparılıb.
Məhkəmə onların 2 700-nün fəaliyyətinin müvəqqəti olaraq bağlanmasını tələb edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: