Dağıstanın daxili işlər naziri öz kəndində dəfn olunub
05 İyun 2009 Cümə 20:30
Rusiya Prokurorluğu hesab edir ki, Adilgəray Məhəmmədtahirov peşə fəaliyyətinə görə qətlə yetirilib

 

Bu gün Mahaçqalada qətlə yetirilən Dağıstanın daxili işlər naziri Adilgəray Məhəmmədtahirov respublikanın Qunib rayonunun Qonod kəndində dəfn olunub. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası Prokurorluğu yanında Araşdırma Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, törədilən cinayətin əsas versiyası həlak olanların peşə fəaliyyəti ilə bağlı olub.

Qeyd edək ki, nazirə silahlı hücum zamanı daha bir neçə nəfər yaralanıb.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar