Dağıstanın daxili işlər naziri öldürülüb
05 İyun 2009 Cümə 15:30
Rusiya Federasiyasının Dağıstan Respublikasının daxili işlər naziri Adilgəray Məhəmmədtahirov qətlə yetirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, nazir bu gün Dağıstanın inzibati mərkəzi Mahaçqala şəhərinin “Mərakeş” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edərkən sui-qəsdə məruz qalıb. Xəstəxanaya çatdırılan A. Məhəmmədtahirovun həyatını xilas etmək mümkün olmayıb. Respublika Travmatoloji Xəstəxanasından bildiriblər ki, nazir ürək nahiyəsindən aldığı güllə yaralarından keçinib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar