Dağıstanda yenə dəmir yolu partladılıb
23 İyul 2010 Cümə 12:35
Bakı-Xarkov qatarının hərəkəti partlayışa görə gecikib.
Bu gün səhər saatlarında, Bakı vaxtı ilə saat 09:50-də Dağıstan ərazisindən keçən dəmir yolunda partlayış törədilib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb, dəmir yolu xətti sıradan çıxıb. Rusiya mətbuatının məlumatına görə, Bakı-Xarkov qatarının hərəkətində bir qədər gecikmə olub.
Yerli hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, insident İnçxe stansiyası yaxınlığında qeydə alınıb. Hadisə yerində təmir və operativ-istintaq qrupu fəaliyyət göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: