Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları 3 silahlı qruplaşma üzvünü zərərsizləşdirib. Bu barədə Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib. Avtomobilin içində silahlıların olduğu barədə əvvəlcədən məlumatlı olan milis işçiləri avtomobili saxlamağa cəhd göstərsə də, atəşlə üzləşiblər. Milisin də cavab atəşi açması nəticəsində silahlılar öldürülüb. Avtomobildən çox sayda silah-sursat aşkar edilib.
Qeyd edək ki, avtomobildə 2 yerli sakin və "Əl-Qaidə" təşkilatının Türkiyə emissarı olub. /ANS TV/