Dağıstanda üç silahlı öldürüldü
17 Dekabr 2009 Cümə Axşamı 15:30
Hadisə Qızılyurd rayonunda Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı baş verib
Dağıstanın Qızılyurd rayonunda Rostov-Bakı-Federal yolunda Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı üç silahlı öldürülüb.
Hadisə Kulzeb kəndi yaxınlığında baş verib. Rusiya Federal Təhlükəsizlik Bürosunun Dağıstandakı idarəsinin məlumatına görə, milis əməkdaşları “VAZ-2109” markalı maşını saxlamağa və içəridəkilərin sənədlərini yoxlamağa cəhd edib. Lakin maşındakılar bu tələbə atəşlə cavab veriblər. Hüquq-mühafizə orqanı əməkdaşlarının cavab atəşi nəticəsində sürücü və iki sərnişin həlak olub. Ölənlərdən birinin şəxsiyyəti dəqiqləşdirilib. Bu, 31 yaşlı Dağıstan sakini Yusuf Murtuzəliyevdir. Əməliyyat məlumatlarına görə, onun ölkənin şimalındakı silahlılarla əlaqəsi var və Dağıstan silahlılarının lideri Umalat Maqomedova birbaşa tabedir. Yusuf Murtuzəliyevin qardaşı Cavad isə 2006-ci ildən federal axtarışdadır.
Silahlıların olduğu avtomobildən iki avtomat və iki əldəqayırma qumbara tapılıb. Digər iki silahlının şəxsiyyəti dəqiqləşdirilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar