Dağıstanda üç milis əməkdaşı öldürülüb
14 Oktyabr 2010 Cümə Axşamı 01:25
Hüquq-mühafizə orqanlarının meşədəki əməliyyat-axtarış tədbirləri silahlı qarşıdurma ilə nəticələnib.
Dağıstanın Tsumadin rayonunda silahlılarla baş vermiş toqquşmada üç milis əməkdaşı həlak olub, bir nfər yaralanıb. Bu barədə məlumatı RİA “Novosti”yə Dağıstanın Daxili İşlər Nazirliyindən veriblər.
Nazirliyin məlumatına görə, yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə saat 21.00) Aqvali kəndi yaxınlığındakı meşə massivində axtarış tədbirləri başlayıb. Bir qədər sonra isə silahlı toqquşma baş verib.
Dağıstanın hüquq-mühafizə orqanlarından bildirilib ki, silahlılar arasında itki yoxdur. Tədbirlər davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: