Dağıstanda terror aktı: bir milis işçisi öldü
14 İyun 2010 Bazar Ertəsi 05:20
Hadisənin baş verdiyi yerdən keçən iki mülki şəxs isə yaralanıb.
Dağıstanın Xasavyurt yaşayış məntəqəsində milis işçisi qətlə yetirilib, iki dinc sakin isə yaralanıb. Dağıstan daxili işlər nazirliyinin yaydığı məlumata görə. milis işçisi işdən evə qayıdarkən naməlum şəxslər avtomombildən avtomat silahdan atəş açıblar. Nəticədə milis işçisi hadisə yerindəcə keçinib. Yaxınlıqdan keçən iki mülkü şəxs isə yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Hazırda daxili işlər nazirliyi cinayətkarların tutulması istiqamətində əməliyyata başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: