Dağıstanda sui-qəsd olub
24 Noyabr 2010 Çərşənbə 01:15
Caluliddin Akayevin evinin qarşısında güclü partlayış baş verib
Dağıstanın Xasavyurd şəhərinin prokuror müavini Calaluddin Akayevin yaşadığı evin qapısı qarşısında naməlum partlayıcı qurğu işə düşüb. Bu barədə məlumatı “İnterfaks” agentliyinə həzər Daxili İşlər İdarəsindən veriblər. Məlumatda deyilir ki, hadisə yerli vaxtla saat 22.00-da (Bakı vaxtı ilə 23.00) qeydə alınıb. Tələfat və xəsarət alan olmayıb. Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib.

Milisdəki mənbə bildirib ki, hadisənin təfərüatları araşdırılır. İlkin ehtimallara görə, prokuror müavininə sui-qəsd cəhdi onun peşə fəaliyyəti ilə bağlı olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar