Dağıstanda silahlı basqınlar ara vermir
18 İyul 2010 Bazar 12:05
Dağıstanda silahlı basqınlar ara vermir. Bu gecə milis mayoru öldürülüb.
Bu gecə Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurt rayonunda naməlum silahlı şəxslər milis mayorunu qətlə yetiriblər. Rusiya mətbuatının Dağıstan Daxili İşlər Nazirliyinə istinadən yaydığı xəbərə görə, gecə saatlarında naməlum silahlı şəxslər Novolaks rayonunun Daxili İşlər İdarəsinin xüsusi səlahiyyətində olan maşına atəş açıb. Milis mayoru aldığı güllə yarasından yerindəcə keçinib.
Kabardin-Balkarın Elbrus rayonunda da, atışma baş verib. Naməlum şəxlərin UAZ markalı milis maşınını atəşə tutması nəticəində 3 milis yaralanıb. Hadisə Baksan çayı üzərindən keçən körpüdə baş verib. Əməliyyat-istintaq tədbirləri keçirilir, cinayət işi açılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: