Dağıstanda sakinlər “Kavkaz” federal yolunu bağlayıblar
23 Avqust 2010 Bazar Ertəsi 12:45
Etiraza səbəb qəsəbə administrasiyası rəhbərinin seçilməsi ətrafında yaranan münaqişədir.
Dağıstanın Babayurt qəsəbəsində yerli sakinlər “Kavkaz” federal yolunu bağlayıblar. Etiraza səbəb qəsəbə administrasiyası rəhbərinin seçilməsi ətrafında yaranan münaqişə olub.

Hadisə ilə əlaqədar olaraq güc strukturları və Dağıstan Respublikası baş nazirinin müavini Rizvan Kurbanov artıq Babayurta gəlib. Uzun sürən danışıqlardan sonra o, yüzlərlə yerli sakini yolun hərəkət olan hissəsini azad etməyə razı sala bilib.

Hazırda əraziyə əlavə milis qüvvələri, eləcə də xüsusi təyinatlı milis dəstələri cəlb edilib. Bölgədə Dağıstan Respublikasının daxili işlər naziri Maqomed İsmailovun da olduğu bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar