Dağıstanda Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri güllələnib
24 İyul 2010 Şənbə 01:00
Hadisə nəticəsində Cənub hərbi dairəsinin şöbə rəisi, şöbənin zabiti və motoatıcı briqadanın xidmətinin rəisi həlak olub.
Dağıstanın Buynaysk şəhərində Rusiya Müdafiə Nazirliyinin üç zabiti güllələnib. Məlumatı İTAR-TASS agentliyi Dağıstanın hüquq mühafizə orqanlarına istinadən yayıb.

Ötən axşam yerli vatla saat 21.00-da (Bakı vaxtı ilə 22.00) hərbçilərə hərəkətdə olan avtomobildən atəş açılıb. Zabitlərdən ikisi hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib.

“İnterfaks” agentliyinin məlumatına görə, Buynayskdakı hadisə nəticəsində Cənub hərbi dairəsinin qərargahının şöbə rəisi, həmin şöbənin zabiti və 136-cı motoatıcı briqadanın raket-artilleriya xidmətinin rəisi həlak olub. Onlarda ikisi podpolkovnikdir.

Buynayskda “Vulkan-3” əməliyyat planı həyata keçirilir. Lakin hələlik cinayətkarların izinə düşmək mümkün olmayıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar