Dağıstanda qəzet təsisçisi güllələndi
16 Dekabr 2011 Cümə 00:41
Hacımurad Kamalov redaksiyanın yaxınlığında qətlə yetirilib.
Ötən axşam Mahaçqalada “Çernovik” qəzetinin təsisçisi Hacımurad Kamalov qətlə yetirilib. RİA “Novosti”nin Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə idarəsindəki mənbəyə istinadən verdiyi məlumata görə, onu naməlum şəxs güllələyib.

“Bizdə olan məlumata görə, təxminən saat 23.30-da cinayət Hacımurad Kamalovun təsiçisi olduğu qəxetin ofisi yaxınlığında törədilib”, - mənbə bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar