Dağıstanda növbəti partlayış, Bakı-Moskva qatarı saxlanılıb
15 İyul 2010 Cümə Axşamı 09:45
Dağıstanda növbəti partlayış, Bakı-Moskva qatarı saxlanılıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Bu gün səhər saatlarında Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindən keçən dəmir yolunda partlayış baş verib. Rusiya mətbuatının Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, Tarku-Manas yolunda lokomotiv və qumla dolu 2 vaqonun partladılması nəticəsində ölən və yaralanan olmayıb. Buna baxmayaraq, partlayış səbəbindən bu istiqamətdə hərəkət edən Bakı-Moskva və digər qatarlar dayandırılıb.
Hazırda hadisə yerində operativ-istintaq qrupu və təmir briqadası fəaliyyət göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: